Frank de Bur Türkiyə millisindən 4 qol buraxan qapıçısına sahib çıxıb

Frank de Bur Türkiyə millisindən 4 qol buraxan qapıçısına sahib çıxıb

Niderland millisinin baş məşqçisi Frank de Bur komandanın qapıçısı Tim Krula sahib çıxıb.

SİA xəbər verir ki, komandanın əsas qapıçısı Yasper Silessen zədələndiyi üçün DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Türkiyə ilə matçda (4:2) qapını T.Krul qoruyub. Ancaq o, 4 qol buraxdığına görə tənqid olunub.

De Bur Latviya ilə görüş öncəsi 32 yaşlı qolkiperə sahib çıxıb: "Tim Krul hazırda mənim bir nömrəli qapıçımdır. Heyətə seçilən hər kəs önəmlidir və onların hamısı bunu göstərməlidirlər. Qapıçılarımıza çox güvənirik. Yasper təəssüf ki, yenə oynamayacaq. İndi Krulun özünü göstərmək zamanıdır".

Qeyd edək ki, T.Krul Çempionşip təmsilçisi "Norviç"də oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə