Luka Modriç mütləq rekordçu olmağa çox yaxındır

Luka Modriç mütləq rekordçu olmağa çox yaxındır

Futbol üzrə Xorvatiya milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Sloveniyaya məğlub olub.

SİA xəbər verir ki, komandasının 0:1 hesablı məğlubiyyətə üzüldüyü qarşılaşma xorvatların lideri Luka Modriç üçün rekordla əlamətdar olub.

Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığmada 134-cü matçına çıxıb. O, Xorvatiya millisinin tarixində sabiq müdafiəçi Dario Srna ilə birlikdə ən çox oyun keçirən futbolçuya çevrilib. Modriç daha bir oyunda iştirak edəcəyi halda mütləq rekordun sahibinə çevriləcək.

Modriç Xorvatiya yığmasında 2006-cı ildə Argentina ilə oyunda debüt edib.

Bütün xəbərlər Facebook səhifəmizdə