Danimarka-Moldova oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

Danimarka-Moldova oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb. SİA AFFA-ya istinadla xəbər verir ki, Danimarka – Moldova qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, matç martın 28-də Herninq şəhərindəki "Herninq Arena"da keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə