"Qalatasaray" "Kristal Pelas"ın niderlandlı müdafiəçisini transfer etmək istəyir

"Qalatasaray" "Kristal Pelas"ın niderlandlı müdafiəçisini transfer etmək istəyir

"Qalatasaray" "Kristal Pelas"ın futbolçusu Patrik van Aanholtu transfer etmək istəyir.

SİA "Daily Mail"ə istinadən xəbrə verir ki, İstanbul təmsilçisi niderlandlı müdafiəçiyə 3 illik müqavilə təklif edib. Xəbərdə həmçinin "Cim-bom"un 30 yaşlı oyunçuya hazırkı klubunda daha çox qazanacağı maaş verməyə hazır olduğu, Patrikin də bu təklifə müsbət baxdığı vurğulanıb.

Qeyd edək ki, van Aanholt 2017-ci ildən İngiltərə təmsilçisində oynayır. O, bu mövsüm 18 matçda 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə