Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub

Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub

Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.

SİA xəbər verir ki, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.

Forvard "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə