“Arsenal” səfərdə bir xal qazanıb, “Tottenhem” “Aston Villa”nı məğlub edib

“Arsenal” səfərdə bir xal qazanıb, “Tottenhem” “Aston Villa”nı məğlub edib

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

SİA xəbər verir ki, “Arsenal” 29-cu tur çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşıb.

Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Tottenhem” isə 18-ci turdan təxirə salınmış oyunda “Aston Villa”nın qonağı olub. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası

21 mart

29 turun oyunu

Vest Hem – Arsenal 3:3

Qol: Linqard, 15. Bouen, 17. Souçek, 32 – Souçek, 38-öz qapısına. Douson, 61-öz qapısına. Lakazette, 82.

18-ci turun oyunu

Aston Villa – Tottenhem 0:2

Qol: Vinisius, 29. Keyn, 68-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə