Araz Abdullayev "Boluspor"un qələbəsində iştirak edib

Araz Abdullayev "Boluspor"un qələbəsində iştirak edib

Türkiyə birinci liqasında 27-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, millimizin sabiq üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Ankaraspor"la qarşılaşıb.
Matç "Boluspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Araz start heyətdə meydana daxil olub və 90+3-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" hazırda turnir cədvəlində 32 xalla 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə