İstanbul debisində bərabərlik qeydə alınıb, “Alanyaspor” “Konyaspor”a uduzub
Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.
SİA xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Antalyaspor” “Ərzurumspor”la ev oyununda inamlı qələbəyə sevinibsə, “Alanyaspor” səfərdə “Konyaspor”a uduzub.
Son çempion “Başakşəhər” “Dənizlispor” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” əzəli rəqiblərindən olan “Fənərbaxça”nı qəbul edib. İki qolun qeydə alındığı derbidə qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
31-ci tur
21 mart
Antalyaspor – Ərzurumspor 3:1
Qol: Fredi, 54. Bayrakdar, 66. Balçı, 70 – Şaheşuhe, 39.
Konyaspor – Alanyaspor 1:0
Qol: Çikalleşi, 13.
Dənizlispor – Başakşəhər 0:0
Beşiktaş – Fənərbaxça 1:1
Qol: Vida, 48 – O.Tufan, 89.
19 mart
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: C.Durmaz, 33. Kastro, 58. Sobiex, 86.
Qalatasaray – Rizəspor 3:4
Qol: Yedlin, 14. E.Akbaba, 31. Y.Meriah, 74-öz qapısına – Samu, 2. Boldrin, 41; 90+2. Şkoda, 54-pen.
20 mart
Gənclərbirliyi – Kasımpaşa 2:1
Qol: S.Yılmaz, 60; 76 – Y.Erdoğan, 66.
Göztəpə – Sivasspor 3:5
Qol: Ndiaye, 60. Titi, 66. Diabate, 90+1 – Yatabare, 23; 55. Fajr, 38. Boyd, 41; 45+1.
Yeni Malatyaspor – Qaziantep 2:2
Qol: G.Güvenc, 37-öz qapısına. A.Büyük, 80-pen – M.Demir, 13. K.Özer, 70-pen.
Trabzonspor – Ankaragücü 4:1
Qol: Ekuban, 8; 28. Djanini, 30. Edqar, 90+4 – İ.Akdağ, 26-pen.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB