“Bavariya” darmadağına sevinib, Dortmund “Borussiya”sı xal itkisi ilə üzləşib

“Bavariya” darmadağına sevinib, Dortmund “Borussiya”sı xal itkisi ilə üzləşib

Futbol üzrə Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Bavariya” bu turda “Ştutqart”ı qəbul edib və darmadağına sevinib. Dortmund “Borussiya”sı isə “Köln” səfərindən xal itkisi ilə dönüb.

Turnir cədvəlinin sonuncusu “Şalke”nin bu turdakı rəqibi Münhenqladbax “Borussiya”sı olub. Qonaqlar bu oyunda darmadağına seviniblər. “Volfsburq” “Verder”lə səfər oyunundan qələbə ilə dönüb.

Almaniya Bundesliqası

26-cı tur

20 mart

Bavariya – Ştutqart 4:0

Qol: Levandovski, 18; 23; 39. Qnabri, 22.

Ayntraxt – Union Berlin 5:2

Qol: A.Silva, 2; 41. Eyndrix, 35-öz qapısına. Kostiç, 41. Çendler, 90+2 – Kruse, 7; 45+3.

Köln – Borussiya (Dortmund) 2:2

Qol: Duda, 35. Yakobs, 65 – Haland, 3; 90.

Verder – Volfsburq 1:2

Qol: Mohvald, 45 – Sargent, 9-öz qapısına. Veqorst, 42.

Şalke – Borussiya (Münhenqladbax) 0:3

Qol: Ştindl, 15. Layner, 63. Ronnov, 72-öz qapısına.

19 mart

Arminiya – Leypsiq 0:1

Qol: Sabitzer, 46.

21 mart

16:30. Hoffenhaym – Maynts

18:30. Herta – Bayer

21:00. Frayburq – Auqsburq

Bütün xəbərlər Facebook səhifəmizdə