MS "Everton"u məğlub edərək İngiltərə kubokunun yarımfinalına yüksəlib
İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti" (MS) səfərdə "Everton"u 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, görüş Liverpul şəhərinin "Goodison Park" stadionunda baş tutub.
Matçdakı qolları İlkay Gündoğan (84-cü dəqiqə) və Kevin De Breyne (90) vurublar.
Yarımfinal görüşlərinin püşkatması martın 21-də olacaq. Eyni gündə yarışın "Çelsi" - "Şeffild Yunayted" və "Leyçester" - "Mançester Yunayted" 1/4 final oyunları keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB