Fransa Peşəkar Futbol Liqasından Türkiyə millisini şoka salan qərar
Fransa Peşəkar Futbol Liqası koronavirus pandemiyasına görə ölkədə çıxış edən bir sıra legioner futbolçulara məhdudiyyətlər qoyub.
SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni qərara əsasən Liqa 1 və Liqa 2-də çıxış edən Avropa Birliyinin üzvü olmayan ölkələrin futbolçuları öz millisinə buraxılmayacaq.
Liqa 1 və Liqa 2-dən 40 klub ölkəyə qayıtdıqda 1 həftə karantinə alınmaq və virusa yoluxmaq riskinə görə Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan futbolçuların milli komandalarına göndərilməməsini istəyib.
Bu isə o deməkdir ki, “Lill”də çıxış edən Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik, o cümlədən Liqa 2 təmsilçisi “Le Havre”də oynayan Umut Meraş Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunlarında iştirak etmək üçün ölkələrinə gedə bilməyəcəklər.
Adıçəkilən 4 futbolçu üçün Fransaya təyyarə göndərmək istəyən Türkiyə Futbol
Federasiyası qarşı tərəfin cavabını gözləyir. Federasiyanın alternativ variantlar üzərində işlədiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Niderland, 30-da isə Latviya millisini qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB