"Tokio-2020"yə 17-ci lisenziyanı qazandıq

"Tokio-2020"yə 17-ci lisenziyanı qazandıq

Xəbər verdiyimiz kimi, bu gün Macarsıtanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turnirində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) Tokio 2020 Olimpiadasına vəsiqə qazanıblar.
SİA xəbər verir ki, bununla da Azərbaycanın lisenziyasının sayı 17-yə çatıb.
Onlardan dördünü güləşçilər qazanıb. Daha əvvəl Maria Stadnik (50 kq) və Şərif Şərifov (sərbəst güləş, 97 kq) yarışa vəsiqəni təmin edib.

Bundan başqa, Anna Skidan (çəkic atma) və Nazim Babayev (üçlü tullanma), gimnast Zöhrə Ağamirova, Ruslan Lunev (güllə atıcılığı), üzgüçü Maksim Şemberev, idman gimnastları Marina Nekrasova və İvan Tixonov, taekvondoçu Milad Xarçeqani (80 kq), karateçilər İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq), boksçu Tayfur Əliyev (57 kq) və velosipedçi Elçin Əsədov Tokio-2020-ə vəsiqə əldə ediblər.
Xatırladaq ki, 2016 Olimpiadasında Azərbaycanı 56 idmançı təmsil etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə