Türkiyə kubokunun finalında “Beşiktaş”a rəqib olacaq komandanın adı bilinib

Türkiyə kubokunun finalında “Beşiktaş”a rəqib olacaq komandanın adı bilinib

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, ikinci yarımfinal görüşündə “Antalyaspor” və “Alanyaspor” klubları qarşılaşıb.

Görüş Antalya təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Nəticədə “Antalyaspor” daha öncə finala yüksəlmiş “Beşiktaş”la həlledici oyunda qarşılaşmaq hüququ qazanıb. İstanbul klubu bir gün öncə “Başakşəhər”ə 3:2 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ müəyyənləşməyib.

Türkiyə kuboku

Yarımfinal

17 mart

Antalyaspor - Alanyaspor 2:0

Qol: Podolski, 18. H.Özmert, 82.

Bütün xəbərlər Facebook səhifəmizdə