İtaliyanın “İnter” klubunun müdafiəçisi koronavirusa yoluxub

İtaliyanın “İnter” klubunun müdafiəçisi koronavirusa yoluxub

İtaliyanın “İnter” klubunun müdafiəçisi Danilo D’Ambrozio koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə COVİD-19 testi pozitiv çıxmış 32 yaşlı müdafiəçinin ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.

Danilo D’Ambrozio 2014-cü ildən “İnter”in uğurları üçün çalışır. Ölkəsinin millisində də oynamış italyan futbolçu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb, 3 qola imza atıb. Onun komandası isə 27 oyuna topladığı 65 xalla zirvədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə