Madrid "Real"ı və "Mançester Siti" UEFA Çempionlar Liqasının 1/4 finalında
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib.
SİA xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib. İspanlar fevralın 24-də keçirilmiş ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinən "Real" ikinci görüşdə 3:1 hesablı uğura nail olub.
"Mançester Siti" pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. Qarşılaşma bu komandalar arasında ilk görüşün keçirildiyi Budapeştdəki "Puşkaş Arena"da baş tutub. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan “şəhərlilər” ikinci görüşdə də eyni uğuru təkrarlayıblar.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
“Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) - 3:1
Qol: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 - Muriel, 83.
Madrid, “Alfdredo di Stefano” stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun - 1:0
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:0
Qol: De Breyne, 12. İ.Gündoğan, 18.
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun - 2:0
Qeyd edək ki, 1/8 final mərhələsinə martın 18-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB