“Arsenal” “Tottenhem”ə qalib gəlib, “Mançester Yunayted” mövqeyini geri qaytarıb
Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilib.
SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Sauthempton” evdə “Brayton”a uduzub. “Lester Siti” “Şeffild Yunayted”lə ev oyununda darmadağına sevinib.
“Mançester Yunayted” “Vest Hem”i sınağa çəkib və minimal hesabla üstün olub.
Turun mərkəzi görüşü Londonda keçirilib. Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” öz meydanında “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.
İngiltərə Premyer Liqası
28-ci tur
14 mart
Sauthempton – Brayton 1:2
Qol: Adams, 27 – Dank, 16. Trossard, 56.
Lester Siti – Şeffild Yunayted 5:0
Qol: İheanaço, 39; 69; 78. A.Peres, 64. Ampadu, 80-öz qapısına.
Arsenal – Tottenhem 2:1
Qol: Edeqor, 44. Lakazette, 64-pen – Lamela, 33.
Mançester Yunayted – Vest Hem 1:0
Qol: Douson, 53-öz qapısına.
12 mart
Nyukasl – Aston Villa 1:1
Qol: Lassells, 90+4 – Uotkins, 86.
13 mart
Lids – Çelsi 0:0
Kristal Pelas – Vest Bromviç 1:0
Qol: Milivoyeviç, 37-pen.
Everton – Bernli 1:2
Qol: Kalvert, 32 – Vud, 13. Maknil, 24.
Fulhem – Mançester Siti 0:3
Qol: Stounz, 47. Q.Jezus, 56. Aquero, 60-pen.
15 mart
00:00. Vulverhempton – Liverpul
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB