ABŞ-ın Çikaqo şəhərində gecə şənliklərinin birində atışma baş verib, iki nəfər ölüb

ABŞ-ın Çikaqo şəhərində gecə şənliklərinin birində atışma baş verib, iki nəfər ölüb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində gecə şənliklərinin birində atışma baş verib. Nəticədə iki nəfər ölüb, 13 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “NBC” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum şəxs yerli vaxtla saat 04:41 radələrində (Bakı vaxtı ilə 13:41) şənlikdə başqaları ilə mübahisədən sonra odlu silahdan atəş açıb. Nəticədə iki nəfər yerindəcə keçinib, 20-44 yaş arası daha 13 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə