Azər Əliyevin formasını geyindiyi “Tambov” növbəti məğlubiyyətini alıb
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
SİA xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 22 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB