“Leypsiq” xal itirib, “Ştutqart” “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib

“Leypsiq” xal itirib, “Ştutqart” “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.

Turnir cədvəlinin ikincisi olan “Leypsiq”in qonağı “Ayntraxt” (Frankfurt) olub. Bu oyunda qalib müəyyənləşməyib.

“Bayer” doğma meydanda “Arminiya”ya uduzub. “Ştutqart” isə “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası

25-ci tur

12 mart

Auqsburq – Borussiya (Münhenqladbax) 3:1

Qol: Varqas, 52. Rixter, 76. Han, 89 – Noyhaus, 68.

13 mart

Union Berlin – Köln 2:1

Qol: Kruse, 48-pen. Trimmel, 67 – Duda, 45+2-pen.

Maynts – Frayburq 1:0

Qol: Kayson, 84.

Volfsburq – Şalke 5:0

Qol: Mustafi, 32-öz qapısına. Veqorst, 51. Baku, 48. Brekalo, 64. Filipp, 79.

Verder – Bavariya 1:3

Qol: Fullkruq, 86 – Qoretska, 22. Qnabri, 35. Levandovski, 67.

Borussiya (Dortmund) – Herta 2:0

Qol: Brandt, 54. Mukoko, 90+1.

14 mart

Bayer – Arminiya 1:2

Qol: Şik, 85 – Doan, 18. Okuqava, 57.

Leypsiq – Ayntraxt 1:1

Qol: Forsberq, 46 – Kamada, 61.

Ştutqart – Hoffenhaym 2:0

Qol: A.Kasım, 15-öz qapısına. Kaladziç, 64.

Bütün xəbərlər Facebook səhifəmizdə