“Fiorentina” darmadağına sevinib, “Cenoa” – “Udineze” matçında heç-heçə

“Fiorentina” darmadağına sevinib, “Cenoa” – “Udineze” matçında heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sassuolo” – “Verona” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Səfərdə “Benevento” ilə qarşılaşan “Fiorentina” darmadağına sevinib.

“Cenoa” – “Udineze” matçında isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası

27-ci tur

13 mart

Sassuolo – Verona 3:2

Qol: Lokatelli, 4. Dyuriçiç, 51. Traore, 81 – Lazoviç, 43. Dimarko, 79.

Benevento – Fiorentina 1:4

Qol: İonita, 56 – Vlahoviç, 8; 26; 45+1. Eysserik, 75.

Cenoa – Udineze 1:1

Qol: Pandev, 8 – De Paul, 30-pen.

12 mart

Latsio – Krotone 3:2

Qol: Milinkoviç-Saviç, 14. L.Alberto, 39. Kaysedo, 84 – Simi, 29; 50-pen.

Atalanta – Spetsiya 3:1

Qol: Paşaliç, 54; 73. Muriel, 55 – Pikkoli, 82.

14 mart

15:30 Bolonya – Sampdoriya

18:00 Parma – Roma

18:00 Torino – İnter

21:00 Kalyari – Yuventus

23:45 Milan – Napoli

Bütün xəbərlər Facebook səhifəmizdə