Azərbaycan millisinə namizəd futbolçuların klubu minimal hesabla məğlub olub

Azərbaycan millisinə namizəd futbolçuların klubu minimal hesabla məğlub olub

Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan millisinə namizəd futbolçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “İnqulets”lə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Anatoli start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Rüstəm isə 68-ci dəqiqədə mübarizəyə qoşulub.

“Minay” 18 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

Bütün xəbərlər Facebook səhifəmizdə