“Sent-Etyen” səfərdə, Marsel “Olimpik”i doğma meydanda 3 xal qazanıb

“Sent-Etyen” səfərdə, Marsel “Olimpik”i doğma meydanda 3 xal qazanıb

Futbol üzrə Fransa çempionatında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Anje” doğma meydanda “Sent-Etyen”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Baş məşqçi postuna Xorxe Sampaolini gətirən Marsel “Olimpik”i isə bu turda “Brest”i qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Fransa Liqa 1

29-cu tur

12 mart

Reyms – Olimpik (Lion) 1:1

Qol: Kafaro, 33 – Kadevere, 90+2.

13 mart

Anje – Sent-Etyen 0:1

Qol: Xazri, 52.

Olimpik (Marsel) – Brest 3:1

Qol: Milik, 45+1. Toven, 88. Kyuizans, 90+2 – Brasye, 71.

14 mart

16:00 Nim – Monpelye

18:00 Dijon – Bordo

18:00 Lans – Mets

18:00 Loryan – Nitsa

18:00 Renn – Strasburq

20:05 Monako – Lill

00:00 PSJ – Nant

Bütün xəbərlər Facebook səhifəmizdə