“Bavariya” “Verder”ə, Dortmund “Borussiya”sı isə “Herta”ya qalib gəlib

“Bavariya” “Verder”ə, Dortmund “Borussiya”sı isə “Herta”ya qalib gəlib

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura start verilib.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Union Berlin” doğma meydanda “Köln”ü, “Maynts” “Frayburq”u, “Volfsburq” “Şalke”i məğlub edib.

Lider “Bavariya” bu turda “Verder” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə “Herta”nı məğlub yola salıb.

Almaniya Bundesliqası

25-ci tur

12 mart

Auqsburq – Borussiya (Münhenqladbax) 3:1

Qol: Varqas, 52. Rixter, 76. Han, 89 – Noyhaus, 68.

13 mart

Union Berlin – Köln 2:1

Qol: Kruse, 48-pen. Trimmel, 67 – Duda, 45+2-pen.

Maynts – Frayburq 1:0

Qol: Kayson, 84.

Volfsburq – Şalke 5:0

Qol: Mustafi, 32-öz qapısına. Veqorst, 51. Baku, 48. Brekalo, 64. Filipp, 79.

Verder – Bavariya 1:3

Qol: Fullkruq, 86 – Qoretska, 22. Qnabri, 35. Levandovski, 67.

Borussiya (Dortmund) – Herta 2:0

Qol: Brandt, 54. Mukoko, 90+1.

14 mart

16:30 Bayer – Arminiya

18:30 Leyptsiq – Ayntraxt F

21:00 Ştutqart – Hoffenhaym

Bütün xəbərlər Facebook səhifəmizdə