“Alanyaspor” doğma meydanda, “Qalatasaray” isə səfərdə darmadağına sevinib

“Alanyaspor” doğma meydanda, “Qalatasaray” isə səfərdə darmadağına sevinib

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Sivasspor” “Fatih Karagümrük”ü, “Rizəspor” isə “Hatayspor”u minimal hesabla üstələyib.

“Alanyaspor” doğma meydanda “Antalyaspor” üzərində darmadağına sevinib.

“Qalatasaray” isə səfərdə “Kayserispor”u böyük hesabla məğlub edib.

Türkiyə Super Liqası

30-cu tur

12 mart

Başakşəhər – Beşiktaş 2:3

Qol: D.Türüç, 52. D.Ba, 76 – Larin, 42. Velinton, 68. Jozef, 85.

13 mart

Sivasspor – Fatih Karagümrük 1:0

Qol: H.Arslan, 45+1.

Rizəspor – Hatayspor 1:0

Qol: Boldrin, 71.

Alanyaspor – Antalyaspor 4:0

Qol: Babakar, 28. M.Pektemek, 39. E.Bekiroğlu, 83. C.Gülselam, 90+4

Kayserispor – Qalatasaray 0:3

Qol: Falkao, 44. Onyekuru, 81; 89.

14 mart

14:30 Ankaragücü – Göztəpə

17:00 Qaziantep – Dənizlispor

17:00 Ərzurumspor – Trabzonspor

20:00 Fənərbaxça – Gənclərbirliyi

15 mart

20:00 Kasımpaşa – Konyaspor

Bütün xəbərlər Facebook səhifəmizdə