Orxan Məmmədov Premyer Liqada sonuncu dəfə baş hakim kimi meydana çıxacaq

Orxan Məmmədov Premyer Liqada sonuncu dəfə baş hakim kimi meydana çıxacaq

Bəynəlxalq dərəcəli futbol hakimi Orxan Məmmədov karyerasını bitirir.

SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.

Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat alacaq.

Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cu illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə