"Ferrari" yeni mövsüm üçün bolidini təqdim edib

Formula 1 üzrə dünya çempionatında çıxış edən "Ferrari” komandası yeni mövsüm üçün bolidini təqdim edib.

SİA-nın məlumatına görə, komanda bu barədə rəsmi kanallarında paylaşım edib. Bolidə SF21 adı verilib.

Qeyd edək ki, Formula 1-də 2021-ci il mövsümü martın 26-28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək.

Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə