"Mançester Siti”nin qələbə seriyası qırılıb

"Mançester Siti"nin qələbə seriyası qırılıb. SİA-nın məlumatına görə, ümumilikdə 21, İngiltərə Premyer Liqasında 15 qələbəni sıralayan Pep Qvardiolanın yetirmələri XXVII turda büdrəyib. Çempionatın lideri ən yaxın izləyicisi "Mançester Yunayted"lə görüşdə 0:2 hesabı ilə uduzub. "Etihad" stadionundakı Mançester derbisində hesabı Brunu Fernandes açıb. O, 2-ci dəqiqədə penaltidən yararlanıb. Ole-Qunnar Sulşerin yetirmələri fasilədən sonra fərqi artırmağa müvəffəq olub. Lük Şou 50-ci dəqiqədə fərqlənib. Qeyd edək ki, "Mançester Siti" 28 oyundan sonra 65 xalla turnir cədvəlinin lideridir. "Mançester Yunayted" həmşəhərlilərindən 11 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə