“Arsenal” səfərdə xal itirib, “Aston Villa” “Vulverhempton”la heç-heçə oynayıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Turun açılış matçında “Arsenal” səfərdə “Bernli” ilə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Autsayder “Şeffild Yunayted” doğma meydanda “Sauthempton”a uduzubsa, “Aston Villa” – “Vulverhempton” matçında qapılara qol vurulmayıb.

“Lester Siti” də səfərdə “Brayton”dan üstün olub.

İngiltərə Premyer Liqası

27-ci tur

6 mart

Bernli – Arsenal 1:1

Qol: Vud, 39 – Obameyanq, 6.

Şeffild Yunayted – Sauthempton 0:2

Qol: Uord-Prouz, 32-pen. Adams, 49.

Aston Villa – Vulverhempton 0:0

Brayton – Lester 1:2

Qol: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.

7 mart

16:00 Vest Bromviç – Nyukasl

18:00 Liverpul – Fulhem

20:30 Mançester Siti – Mançester Yunayted

23:15 Tottenhem – Kristal Pelas

8 mart

22:00 Çelsi – Everton

00:00 Vest Hem – Lids

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...