“Vest Bromviç” doğma meydanda “Everton”a, “Liverpul” isə "Çelsi”yə bir qolla məğlub olub

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Vest Bromviç” doğma meydanda “Everton”la üz-üzə gəlib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.

Turun mərkəzi görüşündə son çempion “Liverpul” turnir cədvəlinin 5-cisi “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Lakin son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “qırmızılar” “zadəganlar”a da uduzub.

Bu turun “Fulhem” – “Lids”, “Brayton” – “Nyukasl”, “Vest Hem” – “Arsenal” matçları martın 19-20-21-də keçiriləcək. “Tottenhem” – “Sauthempton” matçının isə vaxtı məlum deyil.

İngiltərə Premyer Liqası

29-cu tur

4 mart

Vest Bromviç – Everton 0:1

Qol: Riçarlison, 65.

Liverpul – Çelsi 0:1

Qol: Mount, 42.

2 mart

Mançester Siti – Vulverhempton 4:1

Qol: Dendonker, 15-öz qapısına. Q.Jezus, 80; 90+5. Mahrez, 90+1 – Koadi, 61.

3 mart

Bernli – Lester 1:1

Qol: Vidra, 4 – İheanaço, 34.

Şeffild Yunayted – Aston Villa 1:0

Qol: Makqoldrik, 30.

Kristal Pelas – Mançester Yunayted 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə