“Trabzonspor” çətin səfərdən qələbə ilə dönüb, “Fənərbaxça”dan xal itkisi

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Fənərbaxça” bu tur “Antalyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib.

“Alanyaspor” – “Göztəpə” matçı da heç-heçə yekunlaşıb.

“Trabzonspor” isə “Kasımpaşa” səfərindən çətin qələbə ilə dönüb.

Türkiyə Super Liqası

28-ci tur

4 mart

Kasımpaşa – Trabzonspor 1:2

Qol: Y.Erdoğan, 39-pen – Djanini, 24. Bakasetas, 73.

Alanyaspor – Göztəpə 1:1

Qol: Tsavellas, 54 – F.Aksoy, 43-öz qapısına.

Fənərbaxça – Antalyaspor 1:1

Qol: Valensiya, 83 – Fredi, 12.

2 mart

Qaziantep – Gənclərbirliyi 2:1

Qol: K.Özer, 59. Cefferson, 79 – Lima, 18.

Yeni Malatyaspor – Beşiktaş 0:1

Qol: Hatçinson, 59.

3 mart

Ərzurumspor – Fatih Karagümrük 2:2

Qol: Şaheşuhe, 17-pen. O.Çelik, 63 – Sobiex, 30. Kastro, 53.

Başakşəhər – Konyaspor 1:1

Qol: D.Ba, 85 – Çikalleşi, 79.

Sivasspor – Hatayspor 1:1

Qol: Yatabare, 54 – Diuf, 59.

Ankaragücü – Qalatasaray 2:1

Qol: İ.Akdağ, 45+1-pen. Lodjanidze, 55 – K.Aktürkoğlu, 90+2.

Kayserispor – Rizəspor 2:1

Qol: Muhar, 48. İ.Parlak, 77 – Samu, 73.

Bütün xəbərlər Facebook səhifəmizdə