Almaniya kubokunda daha iki yarımfinalçının adı bəllidir

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

SİA xəbər verir ki, bu gün daha iki yarımfinalçı bəlli olub.

Səfərdə “Essen”lə qarşılaşan “Holştayn” darmadağına sevinib. “Leypsiq” isə “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

İlk oyun günündə keçirilməli olan “Yan Regensburq” – “Verder” matçı isə koronavirusa görə təxirə salınıb.

Almaniya kuboku

1/4 final

2 fevral

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 0:1

3 fevral

Essen – Holştayn 0:3

Leypsiq – Volfsburq 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə