“Mançester Yunayted” səfərdə xal itkisi ilə üzləşib

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Mançester Yunayted” 29-cu tur çərçivəsində səfərdə “Kristal Pelas”ın qonağı olub. “Qırmızı şeytanlar” bu oyunda xal itkisi ilə üzləşib.

Bu turun “Fulhem” – “Lids”, “Brayton” – “Nyukasl”, “Vest Hem” – “Arsenal” matçları martın 19-20-21-də keçiriləcək. “Tottenhem” – “Sauthempton” matçının isə vaxtı məlum deyil.

İngiltərə Premyer Liqası

29-cu tur

3 mart

Bernli – Lester 1:1

Qol: Vidra, 4 – İheanaço, 34.

Şeffild Yunayted – Aston Villa 1:0

Qol: Makqoldrik, 30.

Kristal Pelas – Mançester Yunayted 0:0

2 mart

Mançester Siti – Vulverhempton 4:1

Qol: Dendonker, 15-öz qapısına. Q.Jezus, 80; 90+5. Mahrez, 90+1 – Koadi, 61.

4 mart

22:00 Vest Bromviç – Everton

00:15 Liverpul – Çelsi

Bütün xəbərlər Facebook səhifəmizdə