“Roma” səfərdə “Fiorentina”ya qalib gəlib, “Milan” xal itirib

Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.

Altı qolun qeydə alındığı “Sassuolo” – “Napoli” matçında qalib müəyyənləşməyib. “Cenoa” – “Sampdoriya” görüşü də heç-heçə bitib.

“Kalyari” “Bolonya”nı məğlub yola salıbsa, “Atalanta” “Krotone” üzərində darmadağına sevinib.

“Roma” səfərdə “Fiorentina”ya qalib gəlib. “Verona” isə “Benevento”nu səfərdə üç cavabsız qolla üstələyib.

“Milan” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib.

İtaliya A Seriyası

25-ci tur

2 mart

Latsio – Torino matçı baş tutmayıb

Yuventus – Spetsiya 3:0

Qol: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.

3 mart

Sassuolo – Napoli 3:3

Qol: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.

Benevento – Verona 0:3

Qol: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.

Milan – Udineze 1:1

Qol: Kessye, 90+7-pen – Bekan, 68.

Cenoa – Sampdoriya 1:1

Qol: Zappakosta, 52 – Tonelli, 77.

Fiorentina – Roma 1:2

Qol: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.

Atalanta – Krotone 5:1

Qol: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.

Kalyari – Bolonya 1:0

Qol: Ruqani, 19.

4 mart

23:45 Parma – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə