İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

Məhkəmə marixuana kolu yetişdirdiyi üçün ötən ay həbs olunan İtaliya millisi və "Yuventus"un sabiq futbolçusu Luici Sartor barədə qərar verib.

SİA-nın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 46 yaşlı veteran müdafiəçi 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarını dəyişməsə, Sartor keçmiş sevgilisinə qarşı pis rəftara görə 2015-ci ildə aldığı 9 aylıq şərti həbs cəzasını da çəkməli olacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor "Yuventus"la yanaşı, "İnter" və "Roma" kimi məşhur komandalarda da çıxış edib. O, yığmada 2 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...