"Neftçi"nin legioneri "Sabah"la oyunu buraxacaq

"Neftçi"nin futbolçusu Bruno Teluşi "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII tur maçtını buraxmalı olacaq.

SİA-nın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında deyib.

O bildirib ki, 31 yaşlı albaniyalı yarımmüdafiəçi zədə səbəbindən oynamayacaq: "Teluşi axill vətərindəki zədə ilə bağlı müalicə alır".

Zöhrablı futbolçularda koronavirus aşkarlanmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 18:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...