“Yuventus” rəqibini doğma meydanda 3 cavabsız qolla məğlub edib

Futbol üzrə İtaliya A Seriyasında 25-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilməli idi.

Lakin turun açılış matçı – “Latsio” – “Torino” görüşü baş tutmayıb.

Ötən tur səfərdə “Verona” ilə qollu bərabərə qalan “Yuventus” bu dəfə “Spetsiya”nı qəbul edib. Turin təmsilçisi doğma meydanda 3 cavabsız qola sevinib.

İtaliya A Seriyası

25-ci tur

2 mart

Latsio – Torino matçı baş tutmayıb

Yuventus – Spetsiya 3:0

Qol: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.

3 mart

21:30. Sassuolo – Napoli

23:45. Benevento – Verona

23:45. Milan – Udineze

23:45. Cenoa – Sampdoriya

23:45. Fiorentina – Roma

23:45. Atalanta – Krotone

23:45. Kalyari – Bolonya

4 mart

23:45. Parma – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə