Portuqaliya-Azərbaycan matçı neytral meydanda keçirilə bilər

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər matçının yeri dəyişdirilə bilər. SİA "mundolusiada" nəşrinə istinadən xəbər verir ki, buna səbəb pireneylilərin aparıcı üzvlərinin sözügedən matçda iştirak edə bilməmə təhlükəsidir.

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Çünki həmin oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra karantinə alınacaqlar ki, bu da klubları razı salmır.

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı martın 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...