"Qarabağ" - "Qəbələ" matçında 4 futbolçu iştirak etməyəcək

Azərbaycan Premyer Liqasının XVIII turunda üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları matça itkilərlə çıxacaq.

SİA xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Rahil Məmmədov hələ də zədəsini sağaltmayıb.

Azərbaycan millisinin də formasını geyinən 26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa "Qarabağ"da cəzalı Kevin Medina da oyunu buraxacaq.

"Qəbələ" isə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. "Qırmızı-qaralar"da Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.

Qeyd edək ki, martın 2-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü saat 18:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...