"Milan" "Roma"ya səfərdə qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü "Roma" və "Milan" komandaları arasında keçirilib. SİA-nın məlumatına görə, paytaxtdakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 43-cü dəqiqədə penaltidən Frank Kessi açıb. Meydan sahiblərindən Jorcan Veretu 50-ci dəqiqədə bərabərlik qolunu vursa da, cəmi 8 dəqiqə sonra Ante Rebiç yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Milan" 52 xalla 2-ci, "Roma" 44 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 56 xalla "İnter" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Yuventus" və 24 oyundan 46 xala malik "Atalanta" 3-4-cü yerləri bölüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...