“Selta”dan heç-heçə, “Betis” və “Atletiko” qələbə qazanıb

Futbol üzrə İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Selta” – “Valyadolid” matçında qalib müəyyənləşməyib. “Kadis” evdə “Betis”ə məğlub olub. “Qranada” isə “Elçe”ni məğlub yola salıb.

Lider “Atletiko” “Vilyarreal”ın qonağı olub. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

İspaniya La Liqası

25-ci tur

28 fevral

Selta – Valyadolid 1:1

Qol: Murilyo, 90+4 – Orelyana, 70.

Kadis – Betis 0:1

Qol: Xuanmi, 84.

Qranada – Elçe 2:1

Qol: Kina, 31. Puertas, 79 – Boye, 40.

Vilyarreal – Atletiko 0:2

Qol: Pedrasa, 25-öz qapısına. J.Feliks, 69.

26 fevral

Levante – Atletik 1:1

Qol: Rocer, 33-pen – R.Qarsiya, 56-pen.

27 fevral

Eybar – Hueska 1:1

Qol: Diop, 83 – Ramires, 81.

Sevilya – Barselona 0:2

Qol: Dembele, 29. Messi, 85.

Alaves – Osasuna 0:1

Qol: Barxa, 77.

Xetafe – Valensiya 3:0

Qol: Arambarri, 39. Mata, 55. Alena, 87.

1 mart

00:00 Real – Real Sosyedad

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...