“Monako” “Brest”i məğlub edib, lider “Lill” efdə “Strasburq”la matçda xal itirib

Futbol üzrə Fransa çempionatında 27-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Monako” “Brest”i sınağa çəkib və doğma meydanda inamlı qələbəyə sevinib.

Lider “Lill”in rəqibi isə “Strasburq” olub. Meydan sahibləri bu oyundan xal itkisi ilə ayrılıblar.

Turun mərkəzi görüşündə Marsel “Olimpik”i doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Bu oyun da heç-heçə yekunlaşıb.

Fransa Liqa 1

27-ci tur

28 fevral

Monako – Brest 2:0

Qol: Yovetiç, 76. Folland, 90.

Anje – Lans 2:2

Qol: Dioni, 5. Manqani, 10-pen – Klauss, 22. Kalimuendo, 90+1.

Loryan – Sent-Etyen 2:1

Qol: Loryente, 66; 86 – Mukudi, 14.

Nim – Nant 1:1

Qol: Kone, 76 – Blez, 27.

Reyms – Monpelye 0:0

Lill – Strasburq 1:1

Qol: Fonte, 86 – Ayorke, 36.

Olimpik (Marsel) – (Lion) 1:1

Qol: Milik, 44-pen – Ekambi, 21.

26 fevral

Renn – Nitsa 1:2

Qol: Terrye, 39 – Quiri, 19-pen. Daniliu, 58.

27 fevral

Bordo – Mets 1:2

Qol: Kalu, 14 – Dileyni, 72. Vaqner, 90+1.

Dijon – PSJ 0:4

Qol: Kin, 6. Mbappe, 32-pen; 51. Danilo, 82.

Bütün xəbərlər Facebook səhifəmizdə