İngiltərənin Mançester şəhərinin "Etihad" stadionunda ölkə Premyer Liqasının "Mançester Siti" və "Vest Hem Yunayted" komandaları arasında 26-cı turunun matçı keçirilib. SİA xəbər verir ki, Xosep Qvardiolanın yetirmələri qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıblar. Bununla da Qvardiola "Mançester Sit"nin rəhbəri kimi 200-cü qələsibəni qazanıb. Bunun üçün ona 273 matç lazım olub. İspan mütəxəssis İngiltərə Premyer Liqasının baş məşqçiləri arasında bu sayda qələbəni ən qısa müddətdə qazanıb. O, Joze Mourinyonun nailiyyətini üstələyib. Sonuncu 200 qələbə qazanmaq üçün 309 matç keçirməli olub. "Mançester Siti" 26 matçda 62 xal yığıb və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 1-ci yer tutur. "Vest Hem Yunayted" 45 xalla 4-cü yerdə qərarlaşıb. "Şəhərlilər"in əsas təqibçiləri 49 xal üzrə "Mançester Yunayted" və "Lester Siti"dir.

Bütün xəbərlər Facebook səhifəmizdə