“Xetafe” “Valensiya”nı darmadağın edib, “Barselona” “Sevilya” səfərindən qalib ayrılıb

Futbol üzrə İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

“Eybar” – “Hueska” matçında qalib müəyyənləşməyib. “Alaves” evdə “Osasuna”ya minimal hesabla uduzub. Səfərdə “Xetafe” ilə qarşılaşan “Valensiya” isə bu dəfə böyük hesabla məğlub olub.

Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Barselona” çətin “Sevilya” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

İspaniya La Liqası

25-ci tur

26 fevral

27 fevral

Eybar – Hueska 1:1

Qol: Diop, 83 – Ramires, 81.

Sevilya – Barselona 0:2

Qol: Dembele, 29. Messi, 85.

Alaves – Osasuna 0:1

Qol: Barxa, 77.

Xetafe – Valensiya 3:0

Qol: Arambarri, 39. Mata, 55. Alena, 87.

Levante – Atletik 1:1

Qol: Rocer, 33-pen – R.Qarsiya, 56-pen.

28 fevral

17:00 Selta – Valyadolid

19:15 Kadis – Betis

21:30 Qranada – Elçe

00:00 Vilyarreal – Atletiko

1 mart

00:00 Real – Real Sosyedad

Bütün xəbərlər Facebook səhifəmizdə