“Mançester Siti" “Vest Hem”i məğlub edib, “Lids” “Aston Villa”ya uduzub

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Mançester Siti” doğma meydanda “Vest Hem”i sınağa çəkib və çətin qələbəyə sevinib.

“Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla üstələyibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya məğlub olub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası

26-cı tur

27 fevral

Mançester Siti – Vest Hem 2:1

Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43.

Vest Bromviç – Brayton 1:0

Qol: Bertli, 11.

Lids – Aston Villa 0:1

Qol: El-Qazi, 5.

Nyukasl – Vulverhempton 1:1

Qol: Laskelles, 52 – Neves, 73.

28 fevral

16:00. Kristal Pelas – Fulhem

16:00. Lester – Arsenal

18:00. Tottenhem – Bernli

20:30. Çelsi – Mançester Yunayted

23:15. Şeffild Yunayted – Liverpul

1 mart

00:00. Everton – Sauthempton

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...