“Qalatasaray” “Ərzurumspor”u məğlub edib, “Başakşəhər”dən növbəti xal itkisi

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

“Hatayspor” doğma meydanda “Ankaragücü”nə böyük hesabla qalib gəlib. “Fatih Karagümrük” də “Alanyaspor”u məğlub yola salıb.

“Antalyaspor” – “Başakşəhər” və “Rizəspor” – “Sivasspor” matçlarında qapılara qol vurulmayıb.

Lider “Qalatasaray” isə “Ərzurumspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası

27-ci tur

26 fevral

Gənclərbirliyi – Yeni Malatyaspor 1:1

Qol: E.Özbir, 60-öz qapısına – Tetteh, 34.

Konyaspor – Qaziantep 0:0

Beşiktaş – Dənizlispor 3:0

Qol: Larin, 22. Abubakar, 38. Lyayiç, 39.

27 fevral

Hatayspor – Ankaragücü 4:1

Qol: Diuf, 45; 55-pen. Akintola, 65-pen; 74 – Borven, 16.

Fatih Karagümrük – Alanyaspor 2:0

Qol: Ndao, 50. Borini, 88.

Antalyaspor – Başakşəhər 0:0

Rizəspor – Sivasspor 0:0

Qalatasaray – Ərzurumspor 2:0

Qol: M.Məhəmməd, 38; 45.

28 fevral

17:00 Göztəpə – Kasımpaşa

20:00 Trabzonspor – Fənərbaxça

Bütün xəbərlər Facebook səhifəmizdə