Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə bu gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal görüşünə çıxacaq.

SİA-nın məlumutına görə, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevlə üz-üzə gələcək.

Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda, 74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırmağa çalışacaq.

Qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanmaq üçün döşək üzərinə çıxacaq. Netrebanın rəqibi Latviya təmsilçisi Danute Domikaytite olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...