Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə bir xal qazanıb

Futbol üzrə İspaniya 2-ci liqasında 26-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sabadell” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” 27 oyuna topladığı 25 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...