FİFA saxtakarlıqda ittiham olunan Frans Bekkenbauerlə bağlı işə xitam verib

FİFA 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının Təşkilat Komitəsinin keçmiş sədri, saxtakarlıqda ittiham olunan Frans Bekkenbauerlə bağlı işə xitam verib. SİA xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İşə xitam verilməsinə iddia müddətinin başa çatması səbəb olub. Həmçinin, ali futbol qurumu sözügedən məsələdə günahlandırılan Almaniya Futbol Federasiyasının keçmiş prezidenti Teo Tsvantsigerin və sabiq baş direktor Horst Rudolf Şmidtin də işinin bağlandığını elan edib. 2016-cı ildə "Spiegel" nəşri Almaniyanın FİFA İcraiyyə Komitəsindəki dörd məmura rüşvət verdiyini yazıb. İddiaya görə, ölkədəki rəqabət komissiyası bunun üçün gizli fond yaradıb. O vaxt "Adidas"ın rəhbəri olan Luis-Dreyfusun fonda 10,3 milyon İsveçrə frankı bağışladığı bildirilib. Almaniya millisinin sabiq futbolçusu Frans Bekkenbauerin həmin fondun yaradılmasından xəbəri olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...