Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda qapılara cəmi 5 top vurulub. SİA xəbər verir ki, bu, mövsümün antirekordunun təkrarlanması deməkdir.

Cari mövsüm XI turda da qapı torları 5 dəfə silkələnib. Hər iki turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.

Ən çox qol isə X turda vurulub. Həmin vaxt komandalar 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.

Qeyd edək ki, XVII turda "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə