"Bavariya"nın futbolçusuna yenidən ittiham işi açıldı

Almaniya prokurorluğu "Bavariya"nın futbolçusu Jerom Boatenqə qarşı yenidən iş açıb.

SİA "T-online" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi dünyasını dəyişən sabiq sevgilisi Kasya Lenhardta ağır xəsarət yetirməkdə ittiham olunur.

Futbolçuya qarşı iddianamə Münhen məhkəməsinə 2019-cu ilin fevralında göndərilib. İş "müvəqqəti icraat" mərhələsində olub. Sonra hakim əlavə araşdırmalara qərar verib və ittiham aktını təsdiqləməyib.

Boatenq isə fevralda Lenhardtdan ayrıldığını açıqlayıb. Onun keçmiş sevgilisi fevrlalın 10-da Berlindəki evində ölü tapılıb.

Adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, prokuror qızın ölüm xəbərindən sonra Boatenqlə bağlı istintaqı yenidən başlamağı qərara alıb. Onun ölümü ilə əlaqədar istintaq dövründə prokurorluğa yeni məlumatlar gəlib, bu da köhnə iş üzrə prosesin davam etdirilməsinə imkan yaradıb.

Bundan əlavə, Lenhardtın ölüm səbəbi hələ məlum olmadığı üçün prokurorluq onun meyitinin yarılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə